20 minlik yeni ordu yaradıldı: Türk silahlı qüvvələri ilə birlikdə... - Şok gəlişmə

20 minlik yeni ordu yaradıldı: Türk silahlı qüvvələri ilə birlikdə... - Şok gəlişmə

Suriyanın şimalında Suriya Milli Ordusunun (SMO) çətiri altında fəaliyyət göstərən 5 hərbi qrup Bəşər Əsəd rejiminə qarşı Suriya Qurtuluş Cəbhəsi adı altında birləşib.

Miq.Az xəbər verir ki, birliyə "Həmzə”, "Mütəsim”, "Sultan Süleyman Şah”, "20-ci” və "Şimal şahinləri” briqadaları daxildir.

Birləşmiş hərbi qruplaşmalar terrordan təmizlənmiş Fərat Qalxanı, Zeytun Budağı və Sülh Çeşməsi bölgələrində Türkiyə Silahlı Qüvvələri ilə mübarizələrini davam etdirəcəklər.

Suriya Azadlıq Cəbhəsinin təxminən 20 minlik hərbi qüvvəsi olacaq.

Məsələ ilə əlaqədar keçirilmiş görüşə Suriya müvəqqəti hökumətinin müdafiə nazirinin müavini general-mayor Həsən Həmmad, korpus komandirləri və bölgənin tanınmış simaları qatılıb.

Suriya Azadlıq Cəbhəsinin baş komandanı Mütasim Abbas seçilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az