Prezident Şəhidlər Xiyabanını ziyarət edib

Prezident Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.
 
Miq.Az-ın APA-ya istinadən xəbərinə görə, dövlət başçısı 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb.
 
Prezident "Əbədi məşəl” kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.
 
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.
 
Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.
 
Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.  

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az