Şəhid hərbçimiz Qax rayonunda dəfn ediləcək - 2 UŞAQ ATASI İMİŞ
Xəbər verdiyimiz kimi cəbhənin Ağdam rayonu istiqamətində hərbi qulluqçumuz Aqil Akif oğlu Omarov şəhid olub. Miq.Az-ın əldə etdiyi məlumata görə, ordumuzun hərbi qulluqçusu düşmənin snayper fəaliyyəti nəticəsində həlak olub.
Azərbaycan ordusunun şəhid olan 1983-cü il təvəllüdlü hərbi qulluqçusu Aqşin Akif oğlu Omarovun nəşi səhər saatlarında Qax rayonuna gətiriləcək və rayonun Lələpaşa kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid olan hərbi qulluqçu, 36 yaşlı mayor Aqşin Akif oğlu Omarov ailəli olub, 2 oğlu var.
Allah rəhmət eləsin.
Miq.Az