İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Miq.Az fərmanın mətnini təqdim edir:

1. "Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2014; 2020, № 4, maddə 399) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.1-ci bənd ləğv edilsin;

1.2. aşağıdakı məzmunda 10.3-2-ci bənd əlavə edilsin:

"10.3-2. bu Fərmanın 5-ci və 6-cı hissələrinə əsasən yaradılan daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tarifləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının 10.3-2-ci bəndində nəzərdə tutulmuş tapşırığın icrasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az