Nazir iki vəzifəli şəxsi nöqsanlara görə işdən çıxartdı

Nazir iki vəzifəli şəxsi nöqsanlara görə işdən çıxartdı

Şəmkir Rayon Polis Şöbəsində vəzifəli şəxslər nöqsanlara görə işdən çıxarılıb. 

Miq.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, şöbənin xidmət üzrə rəis müavini polis polkovniki İlqar Əliyev və İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis mayoru Vüqar Məmmədov vəzifələrindən azad edilib. 

Nazirin digər əmri ilə, İ.Əliyev Bərdə Rayon Polis Şöbəsinin müstəntiqi, V.Məmmədov isə həmin şöbədə sahə müvəkkili təyin olunub.(oxu.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az