300-dən artıq avtomobil cərimə meydançasına aparıldı

300-dən artıq avtomobil cərimə meydançasına aparıldı
Sürücünün 6 ay sürücülük hüququndan məhrum edilməsi ilə bağlı vəsatət qaldırılır

Bakıda törətdiyi yol xətasına görə yazılmış cəriməni təyin edilmiş müddətdə ödəməyən 300-dən artıq sürücünün cəriməni ödəməsi təmin edilib.
Miq.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, təyin edilmiş cərimə məbləğini ödəməyən sürücülər aşkarlanırsa, barələrində ciddi tədbirlər görülür:
"Gecikdirilmiş cərimə faizi ilə birgə ödənilmədikdə avtomobil yol hərəkətindən kənarlaşdırılır və müvəqqəti mühafizə olunan dayanacağa yerləşdirilir. Eyni zamanda, sürücünün 6 ay sürücülük hüququndan məhrum edilməsi ilə bağlı vəsatət qaldırılır".
V.Əsədov, həmçinin xatırladıb ki, təyin edilmiş cərimə məbləği birinci 5 iş günü müddətində ödənilirsə, avtomatik olaraq 10 faiz güzəşt olunur, təyin olunan müddətlərdə ödənilmirsə, cərimənin üstünə artıq faiz gəlir.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az