366-cı alayın Xocalı qatili olan komandirlərindən biri Rusiyada gəbərdi...

366-cı alayın Xocalı qatili olan komandirlərindən biri Rusiyada gəbərdi...

Xocalı soyqırımının törədilməsində aparıcı rol oynamış Rusiyaya məxsus 366-cı motoatıcı alayın 3-cü batalyonunun komandiri Nabokix Yevgeni Aleksandroviçin canı çıxıb. 

Moderator.az xəbər verir ki, bu haqda Rusiya mediasında erməni blogerlərdən biri yazıb. 

Təbii ki, erməni yazar bu rus komandiri öz xalqlarının qəhrəmanı kimi təqdim edir. 1985-ci ildə Xankəndində yeni yerləşdirilmiş 366-cı alayda rota komandiri təyin olunan Y.Nabokix az sonra erməni qızı ilə evlənir. Və bundan sonra həyatını, ruhunu ermənilərə həsr edir. Onların bir dediyini iki etmir...

1988-ci ildən Qarabağdakı separatçı erməni hərəkatına hər cür dəstəyi verir. Hətta Gəncədən erməni ailələrinin çıxarılması üçün yardıma da gedir. 1989-1992-ci illlərdə isə Azərbaycana qarşı döyüş əməliyyatlarının aparıldığı vaxtda, eləcə də 1991-ci ildə erməni yaraqlıların zərərsizləşdirilməsi üçün həyata keçirilən "Həlqə”əməliyyatında ermənilərə birbaşa dəstək verib. 

Qarabağı "xristian dünyasını qapısı” adlandıran bu cinayətkar hərbçi Xocalı soyqırımında özünü əsl daşnak kimi göstərib…

O zaman Ermənistanın Müdafiə naziri olan Vazgen Sərkisyan Y. Nabokixə qırmızı rəngli "Niva” markalı avtomobil bağışlayıb. Ağdərənin işğalında da fəal iştirak etdikdən sonra o, həmin maşınla Rusiyaya- doğulduğu Kurska yollanıb. Və o "Niva”nı ermənilərdən yadigar olaraq saxlayıb...

2010-cu ildə Y.Nabokix Qarabağa gəlib. Separatçı-terrorçu rejimin başçısı Bako Saakyan
ona "İgidliyə görə” medalı verib. 

Erməni bloger iddia edir ki, sonradan 366-cı alayın 3-cü batalyon komandiri olan bu məxluq bütün xidmətləri qarşılığında guya ermənilərdən bir qəpik də pul almayıb...

Azərbaycan tərəfinin əldə etdiyi məlumatlardan isə bəlli olur ki, Y.Nabokix ermənilərə zirehli texnika verdiyinə görə onlardan 1,5 milyondan çox pul alıb. 366-cı alay ləğv olunandan sonra erməni arvadıyla birgə Yerevanda yaşayıb. Daha sonra isə Argentinaya köçüb. Bəzi məlumatlara görə isə Y.Nabokix Qazaxıstanda yaşayıb və burada "Hoster.Kz şirkəti" satış şöbəsinin müştərilərlə əlaqələr üzrə meneceri vəzifəsində işləyib. 

Bu qatil komandir Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən yalnız 2010-cu ilin sonunda Xocalı soyqırımıyla bağlı  beynəlxalq axtarışa verilənlərin siyahısına salınıb.

Erməni bloger yazır ki, aprelin 8-də Kurskda gorbagor olan 68 yaşlı Y.Nabokix guya ölümündən bir həftə öncə Xankəndidəki erməni dostlarından birinə zəng edərək onun üçün erməni hərbi forması göndərməyi xahiş edib və həmin formada dəfn olunmasını vəsiyyət edib...

Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az