40 kiloqram qızılı olan iş adamı haqqında — SENSASİON İTTİHAMLAR

40 kiloqram qızılı olan iş adamı haqqında — SENSASİON İTTİHAMLAR
Azad İsmayılov adlı zərərçəkmiş vətəndaş iş adamı Maqsud Mahmudov tərəfindən külli miqdarda ziyana məruz qalması ilə əlaqədar Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriba Əliyevaya, Ali Məhkəmənin sədri Ramiz Rzayevə və Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

Zərəçəkmiş Azad İsmayılovun "Ölkə.Az”-a göndərdiyi şikayət məktubunda deyilir:

"Hörmətli cənab Prezident!

Özünü iş adamı kimi təqdim edən Mahmudov Maqsud Soltan oğlu mətbuat vasitəsi ilə ardı-arası kəsilməyən, dövlət orqanlarına qara yaxmalardan ibarət açıqlamalar verməklə, qondarma, tamamilə əsassız olaraq qaldırdığı mülki iddianı bütün məhkəmə instansiyalardan keçirməyə nail olur.

Hazırda iş Ali Məhkəmədir. İş o yerə çatıb ki, qanunsuz məhkəmə qərarlarına görə Ali Məhkəmənin sədri, hörməli cənab Ramiz Rzayev tərəfindən təqdimat verilib. Bundan sonra Maqsud Mahmudov Ali Məhkəməyə qarşı da qarayaxmalara başlayıb”.

A.İsmayılov öz məktubunda qeyd edir ki, onun "Bank Technique” ASC-də depoziti olub:

"Mahmudov Maqsud Soltan oğlunun həmin bankda ödənilməyən krediti, Sumqayıt şəhər ə/d ünvanında istifadədə olan 0.09248 ha torpaq sahəsində Bakı-Quba yolunun şimalı ünvanında yerləşən ümumi sahəsi 965.9 kv.m olan əmlak kompleksi kimi fəaliyyət göstərən restoranı və 40 kilo qızı var idi. Mən depozitimi çıxarda bilmirdim və bankın təklifinə əsasən mənim depozitim hesabına Maqsud Mahmudovun krediti bağlandı, həmin əmlak mənə satıldı və sonuncu 40 kilo qızılını da tam olaraq girovdan azad elədi və geri götürdü, eyni zamanda həmin əvəzləşdirmənin hesabına mülkiyyətində olan bir Mersedes markalı avtomaşını da satdı. Milli Təhlükəsizlik Nazirliyi məsələsi başlayandan sonra Maqsud Mahmudov bundan istifadə edib və Nərimanov rayon Məhkəməsində iddia qaldıraraq bildirib ki, guya ona hədə-qorxu gəliblər, məcbur ediblər və sair.

Məcbur edən adama 40 kilo qızılını kim qaytarar? Nərimanov rayon Məhkəməsinin hakimi Abbas Əliyev gözünü yumub tamamilə qondarma bir qətnamə çıxarıb. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli, 2(005)4048/16 saylı qətnaməsi:

İddiaçılar Mahmudov Maqsud Soltan oğlunun, Mahmudzadə Maqsud Mahmud oğlunun və Mahmudzadə Cəmil Mahmud oğlunun iddiası qismən təmin olunaraq: Mahmudzadə Maqsud Mahmud oğlu ilə İsmayılov Azad Fərhad oğlu arasında bağlanmış və Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusu Rüstəmov Cəmaləddin Qüdrət oğlu tərəfindən 4Ə-1192 nömrə ilə qeydə alınmış 11 sentyabr 2015-ci il tarixli, AN-I № 0472824 nömrəli alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız hesab olunmuş, Mahmudzadə Maqsud Mahmud oğlunun həmin əmlak üzərində hüquqlarının bərpa edilməsi, əmlak Mahmudzadə Maqsud Mahmud oğlunun mülkiyyətinə qaytarılması, Mahmudzadə Cəmil Mahmud oğlu tərəfindən Quluzadə Cavid Məhəbbbət oğluna verilmiş, 17.09.2015-cı il tarixli, ƏN-V № 053337 nömrəli etibarnamənin ləğv edilməsi və Mahmudzadə Cəmil Mahmud oğlunun həmin əmlak üzərində hüquqlarının bərpa edilməsi, əmlakın Mahmudzadə Cəmil Mahmud oğlunun mülkiyyətinə qaytarılması qət edilib.

Sual olunur: Yaxşı, mənim "Bank Technique” ASC-də depozitim, həmin depozit hesabına ödədiyim pullar hara getdi? "Bank Technique” ASC-də olan Maqsud Mahmudovun krediti və 40 kilo qızılı necə olacaq? Bu qətnamə ilə Maqsud Mahmudov həm əmlakını geri götürür və kreditini də pul ödəmədən bağlayır, həm də girovdan azad etdiyi 40 kilo qızılını da rahat evdə xərcləyir. Ən dəhşətlisi odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Saqi Məmmədov gözünü yumaraq 02 dekabr 2016-cı il tarixdə, bizim dəlillərə tüpürərək Abbas Əliyevin qətnaməsini qüvvədə saxlayıb.

Lakin məhkəmə hədənin, zorun və ya məcburetmənin nədən ibarət olmasını göstərməmiş bunu əsaslandırmağa cəhd belə etməyib”.

Zərərçəkmiş Maqsud Mahmudov haqqında şok iddialar da irəli sürüb:

"Maqsud Mahmudov kimdir? Dəfələrlə məhkum olunmuş, şantaja görə-pornomateriallar yaymağa görə məhkum olunmuş, özünü dəliliyə vuraraq məsuliyyətdən dəfələrlə yaxa qurtarmağa cəhd etmiş şəxsdir. O, 09.07.1993-cü il tarixdən-22.03.1994-cü il tarixə kimi törətdiyi cinayətdən yayınmaq üçün anlaqsız hesab edilib və 2 saylı kliniki psixiatriya xəstəsanasında məcburi müalicədə olub. 1999-cu ildə Cinayət Məcəlləsinin 146 maddəsi ilə (Hədə qorxu ilə əmlak tələb etmə və 220-ci maddə (odlu silah) cinayət törədir və yenidən ekspertlər tərəfindən anlaqsız hesab edilir və bu dəfə də cinayətdən yayınır. 2006-cı ildə o yenidən cinayət törədir və Cinayət Məcəlləsinin 178.3.2, 242, 320-ci maddərlə ittiham elan edilir. İttihamlardan biri də öz faktiki nikahda olan arvadının intim fotolarını çəkərək yayması olub və bu dəfə məsuliyyətdən yayına bilməyib, məhkum edilib.

Hörmətli cənab Prezident!

Bu insan bütün günü mətbuat vasitəsi ilə qarayaxma ilə məşğuldur və bunun məqsədi bu yolla həm əmlakını geri almaq, həm kreditini ödəməmək, həm də girovdan götürdüyü 40 kilo qızılın üstündən su içmək. Ona bu əqdlər bağlanan zaman heç bir hədə-qorxu gəlinməyib. Sizdən xahiş edirəm həmin şəxsin məhkəmələr vasitəsi ilə əlbir olub bu qanunsuz əməllərinin araşdırılmasını və onların məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az