45 yaşlı qadın dəhşətli faciəylə üzləşdi

45 yaşlı qadın dəhşətli faciəylə üzləşdi
Salyanda 45 yaşlı qadının qolu amputasiya olunub.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan pambıqtəmizləmə  zavodunda çalışan rayon sakini, 1972-ci il təvəllüdlü Nəcəfova Xatirə Azad qızını qolu  ehtiyatsızlıqdan çiyid ayırma dəzgahına düşüb. 
 
X.Nəcəfova ağır xəsarətlə Salyan rayon Mərəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunaraq sağ qolu dirsəkdən yuxarı amputasiya edilib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az