5 nəfər edama göndərilir - Qaşıqçı cinayətində sensasiyalı gəlişmə

5 nəfər edama göndərilir - Qaşıqçı cinayətində sensasiyalı gəlişmə

Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaşıqçını qətlə yetirməkdə şübhəli bilinən 11 şəxsdən 5-nin edam edilməsini tələb edib.


Miq.az teleqraf.com-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Prokurorluğu Camal Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı konsulluqdan çıxarıldığını etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Şeyx Səud əl-Muacib Camal Qaşıqçıya yüksək dozada dərman verilərək, öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, daha əvvəl "BBC", "Əl-Cəzirə" kimi məşhur media qurumları Səudiyyə hökumətinin Qaşıqçı cinayətində əli olan nüfuzlu şəxsləri kənarda saxlamaq üçün məsuliyyəti başqa şəxslərin üzərinə yönəltdiklərini iddia etmişdi.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az