5 rayonun icra başçısı yola salınır - Fazil Məmmədovun kadrları "vurulur"...

 5 rayonun icra başçısı yola salınır -  Fazil Məmmədovun kadrları
Yaxın vaxtlarda 5 rayonun icra hakimiyyətlərinin başçısı postlarında dəyişiklik baş tutacaq. Bu barədə Nazirlər Kabinetindəki bilgili qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə Azerinfo.az-a açıqlamasında iddia edir ki, rəhbər dəyişikliyi gözlənilən rayonlar aşağıdakılardır:

1. Binəqədi;
2. Gədəbəy;
3. Şəmkir;
4. Qazax;
5. Biləsuvar.

Siyahıdan da göründüyü kimi, rəhbər dəyişikliyi gözlənilən RİH-lərin əksəriyyətinə keçmiş Vergilər Nazirliyi Fazil Məmmədova yaxın fiqurlar rəhbərlik edir. Bu isə "təmizləmə" əməliyyatının əslində məmmədovçulara şamil olunduğunu təsdiqləyir. Mənbə dia.az-a onu da bildirib ki, seçkilərə qədər baş tutacaq dəyişiklik prosesində, ümumi olaraq 20-yə yaxın RİH başçısının görəvdən birdəfəlik alınması nəzərdə tutulur: "Yalnız bəziləri təkrarən vəzifəyə təyin olunacaqlar".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az