5 yaşlı uşağa orqan köçürüldü - AZƏRBAYCANDA

5 yaşlı uşağa orqan köçürüldü - AZƏRBAYCANDA
Ölkəmizdə transplantasiya əməliyyat edilənlərin 22 faizi uşaqlardır. Ən kiçiyi 5 yaşındadır.

Publika.az xəbər verir ki, bu sözləri Mərkəzi Neftçilər Xəstəxanası transplant nefroloq Elnur Fərəcov deyib.
Nefroloq bildirib ki, dializə başlamadan orqan köçürmək daha uğurludur:
"Bəzən xəstələr və həkimlər arasında bu məsələdə yanlış yanaşmalar olur. Onlar düşünür ki, dializ olmadan orqan köçürülməsi doğru deyil. Yanlış fikirlərdən biri də şəkər və bir sıra xəstəlikləri olanların orqan köçürülməsinin təhlükəli olması barədə düşüncələrdir. Lakin böyrək transplantasiyasında yeganə əks göstəriş şiş xəstəlikləridir. Bu zaman isə şiş xəstəliyi əməliyyatından 2 il sonra biz orqan transplantasiyasını həyata keçirə bilərik”.
E.Fərəcov bildirib ki, orqan transplantasiyası xəstələrin yaşama şansını 8-9 dəfə artırır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az