6 gün əvvəl yaranan şirkəti kimlər tenderin qalibi elan edib?

6 gün əvvəl yaranan şirkəti kimlər tenderin qalibi elan edib?

Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "ZZ-Ticaret” MMC olub.

Yeniavaz.com xəbər verir ki, "ZZ-Ticaret” MMC Sumqayıt Tibb Kollecinin sifarişi ilə bu quruma maşın və avadanlıqlar satacaq.

Qeyd olunan mallar üçün Sumqayıt Tibb Kolleci "ZZ-Ticaret” MMC-yə 9 min 840 manat ödəyəcək.

Məlumata görə,  "ZZ-Ticaret” MMC – 27.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. 

Sumqayıt Tibb Kolleci müsabiqəni 06.08.2020-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 10 gün əvvəl yaranıb. 

Bu günlərin də 4-ü Qurban bayramı ilə əlaqədar olaraq qeyri iş günləri olub.

"ZZ-Ticaret” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. 

Cəmi 6 gün (iş günü) əvvəl yaranan və 9,8 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev 15, m. 2 ünvanında qeydiyyatdadır. 

Nizamnamə kapitalı 5 manat olan MMC-nin qanuni təmsilçisi Rəsulov Zamin Zahir oğludur. 

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 6 gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil. 

Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci 1969-cu ildən fəaliyyətə başlayıb. 2010-cu ildən Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci adlandırılıb. Kollecin direktoru tibb elmləri doktoru Rəfayıl Eyvazovdur. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az