6 nəfər gənci “cin çıxartma” adı ilə döyüb öldürdü – Azərbaycanda DƏHŞƏT

6 nəfər gənci “cin çıxartma” adı ilə döyüb öldürdü – Azərbaycanda DƏHŞƏT
 Şabranda qətl törədilib.

"Report"un məlumatına görə, Bakı şəhər sakini Murad Şahin oğlu Soltanovun üzərində xəsarətləri olan meyiti Şabran rayonunda kirayədə yaşadığı evdə aşkar edilib.
Araşdırmalarla müəyyən edilib ki, Şabran rayon sakinləri - Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov əlbir olaraq psixi xəstəlikdən əziyyət çəkən Murad Soltanovu "cinçıxartma" müalicə üsulu adı ilə bədəninin müxtəlif nahiyələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər.
M.Soltanov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az