70 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğradı - VİDEO

70 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğradı - VİDEO
Nepalda sərnişin təyyarəsi qəzaya düşüb.
 
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Banqladeşin US-Bangla şirkətinə məxsus təyyarə Katmandu hava limanının yaxınlığında qəzaya uğrayıb.
S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb.
Nəticədə təyyarə yanmağa başlayıb. Təyyarədə 70-ə yaxın sərnişinin olduğu bildirilir.
Ölən və yaralananların olduğu ehtimal edilsə də, hələlik rəsmi məlumat açıqlanmayıb. İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.
Hadisə yerində xilasedici qüvvələr işləyir.
 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az