Ağ Ev Fransa prezidentinin Suriya ilə bağlı YALANINI üzə çıxardı

Ağ Ev Fransa prezidentinin Suriya ilə bağlı YALANINI üzə çıxardı
Fransa prezidenti Emmanuel Makronun "ABŞ-ı Suriyada qalmağa inandırdıq” sözlərini Ağ Ev yalanlayıb.

Publika.az xəbər verir ki, ABŞ qüvvələrini Suriyadan geri çəkməkdə qərarlı olduğunu bildirib.
Açıqlama Ağ Evin mətbuat katibi Sara Sanders tərəfindən verilib. O, ABŞ prezidenti Donald Trampın Suriyadakı əsgərləri geri çağırmaqda qəti qərar qəbul etdiyini deyib: "ABŞ-ın Suriyadakı missiyası dəyişmədi. Prezident Tramp ABŞ qüvvələrinin ən qısa müddətdə evlərinə qayıtmaq istəməsi mövzusunda çox açıq şəkildə danışıb”.
Mətbuat katibi verdiyi yazılı açıqlamada "Suriyada olmağımızın səbəbi İŞİD ilə mübarizədir. İŞİD-i tamamilə əzmək və geri qaytımasını əngəlləmək üçün qaydalar qəbul etməkdə qətiyik. Əlavə olaraq, regional müttəfiqlərimizin və ortaqlarımızın bölgəni təhülkəsizlik altına almaq üçün həm hərbi, həm də maliyyə baxımından daha çox məsuliyyət daşımalarını gözləyirik” sözlərini deyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az