Abbas Abbasovun məşhur qohumu qətlə yetirildi - Gəncəli "Qoşu" öz restoranında öldürülüb

Abbas Abbasovun məşhur qohumu qətlə yetirildi - Gəncəli
Noyabr ayının 4-ü, gecə saat 5:00 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib.

Öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki "Təhsil” idman kompleksinin keçmiş direktor müavini, sahibkar, "Qoşu” ləqəbli Qoca Tofiq oğlu Quliyevdir.
Miq.az Gununsesi.info-ya istinadən xəbər verir ki, qətl hadisəsi mərhum Qoca Quliyevin şəxsi obyekti sayılan "Çinar” restoranında baş verib.
Hadisə ilə bağlı Gəncənin hüquq-mühafizə orqanları araşdırma aparır.
Mərhum Qoca Quliyev Azərbaycan cəmiyyəti üçün məşhur personalardan hesab olunurdu və "Qoçu” ləqəbi ilə tanınırdı. Ötənlərdə bir neçə dəfə həbsdə olmuşdu. Mərhumun baş nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumu olduğu deyilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az