Abdin Fərzəliyevdən Təbrizlilər ŞİKAYƏT ETDİ - FOTOLAR

Abdin Fərzəliyevdən Təbrizlilər ŞİKAYƏT ETDİ - FOTOLAR

Təbriz 13 yağış sularına qərq olub

Təmir-bərpa işləri üçün müvafiq qurumlara müraciət olunsa da, hər hansı bir tədbir görülməyib

Bakıya yağan gücül yağış Nərimanov rayonu, Təbriz küçəsi 13 ünvanında yerləşən binadan da yan keçməyib.  Təməli 1901-ci ildə qoyulan bu iki mərtəbəli yaşayış binası bu gün də yağış suları içində üzür. 

Miq.az-a daxil olan şikayət də məhz "təbrizlilər" tərəfindəndi. Ki, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev şikayətçiləri dinləmək belə istəmir.

Ola bilsin ki, təbiət hadisiəsi nəticəsində yaranan bu problemin həlli Fərzəliyevin səlahiyyətində deyil. Amma şikayətçiləri qəbul edib, şikayətin ünvanını göstərmək isə Abdin Fərzəliyevin şəxsən vəzifə borcudur. Təmirə ehtiyacı olan və su içində yatan Təbriz 13-ün sakinləri də Miq.az-a göndərdikləri fotolarda bu günün özündə belə necə yaşadıqlarını bir daha göstərdilər. Bir sözlə, Nərimanov rayonu, Təbriz küçəsi 13 ünvanda yaşayan vətəndaşların evləri və yataq otaqları su içindədir.

Binada yaşayan bir xanım şikayətçi bildirir ki, xəstə övladının vəziyyəti daha da ağırlaşıb. Çünki rütubətdən yatmaq və nəfəs almaq mümkün deyil. 

Bu barədə Miq.az-a  məlumat verən bina sakinləri onu da bildirdilər ki, təmir-bərpa işlər üçün müvafiq qurumlara müraciət olunsa da, hər hansı bir tədbir görülməyib. Və hətta onları Nərimanov rayon icra hakimiyyətində qəbul edən olmayıb. Odur ki, sakinlər sözügedən rayonun icra başçısı Abdin Fərzəliyevdən kömək istəyirlər. Abdin Fərzəliyev adlı icra başçısı isə Bakını yuyub aparan yağışdan sonra yoxa çıxıb, məmuru "gördüm" deyən yoxdu.
 
Bina sakinlərinin sözlərinə görə, yataq otaqları su hovuzunu xatırladır. 

Vətəndaşlar tərəfindən göndərilmiş viedolar sonrakı materialımızda sayta yerləşdiriləcək:

İndi isə şikayət olunan ünvandan göndərilən fotoları təqdim edirk:

Redaksiyadan: Hörmətli oxucuların nəzərinə çatdırırq ki, istənilən mövzuda  şikayət məktublarınızı [email protected] email ünvanına göndərə bilərsiniz.







Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az