ABŞ 100 min cəsəd paketi sifariş verdi - Şok

ABŞ 100 min cəsəd paketi sifariş verdi - Şok
ABŞ-ın Fövqəladə Halların İdarə Olunması üzrə Federal Agentliyinin Pentaqona koronavirusdan ölənlər üçün 100 min ədəd cəsəd paketi sifariş verdiyi iddia edilib.

Miq.Az xəbər verir ki, iddiaya əsasən Pentaqon bazasındakı 50 min cəsəd paketini yaxın zamanda agentliyə göndərəcək, qalan 50 min paket isə satın alınacaq.

Məsələ ilə bağlı nə agentlik, nə də Pentaqon rəsmi açıqlama yayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkə üzrə 100 mindən 240 minə qədər insanın koronadan öləcəyini deyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az