ABŞ-dan Azərbaycanla bağlı xəbərdarlıq -Öz vətəndaşlarına

ABŞ-dan Azərbaycanla bağlı xəbərdarlıq -Öz vətəndaşlarına

ABŞ Azərbaycanı amerkalı turistlərin təhlükəsizliyinə yuxarı risk olan ölkələr siyahısına daxil edib

ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb.

"Report" xəbər verir ki, bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir.

Azərbaycan amerkalı turistlərin təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünür: 

1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir; 

2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun; 

3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin; 

4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.

Qeyd edək ki, bölünmə şərtidir və məcburi yox, tövsiyə xarakteri daşıyır.

Sistemin saytında qeyd olunub ki, Azərbaycan teror riski ilə əlaqədar ölkələrin ikinci kateqoriyasına daxil edilib. ABŞ Dövlət Departamenti həmçinin münaqişə ilə əlaqədar olaraq vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərə getməməyi tövsiyə edir.

"Dağlıq Qarabağ münaqişəsi nəticəsində insanlar ölməyə davam edir. Hər il ara-aıra baş verən atışmalar və artilleriya sistemlərindən, o cümlədən yeraltı minalardan və minaatanlardan istifadə insanların ölümünə və yaralanmasına səbəb olur. Təmas xəttinə yaxın yollardan və Ermənistan ilə Azərbaycan arasındakı beynəlxalq sərhəd yaxınlığından uzaq gəzin", - ABŞ Dövlət Departamentinin tövsiyəsində qeyd edilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az