ABŞ-dan Kəlbəcər AÇIQLAMASI

ABŞ-dan Kəlbəcər AÇIQLAMASI

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətində baş verən toqquşmanı pisləyən bəyanat yayıb.

Miq.Az xəbər verir ki, açıqlamada tərəflərdən atəşkəs rejiminə riayət etmək çağırışı yer alıb:

"Münaqişənin uzunmüddəıtli siyasi həlli üçün tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırırıq".

Açıqlama Dövlət Departamentinin rəsmisi Ned Prays tərəfindən verilib.

Qeyd edək ki, ötən gün Kəlbəcər istiqamətində erməni təxribatı nəticəsində azı 3 erməni hərbçisi ölüb, 5-i yaralanıb. Azərbaycan tərəfinin isə 2 hərbçisi xəsarət alıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az