ABŞ dövlət katibi: "Türkiyə ilə birlikdə hərəkət edəcəyik"

ABŞ dövlət katibi:
Bu mərhələdən sonra Türkiyə ilə birlikdə hərəkət edəcəyik.

Miq.az APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində Ankarada həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

R. Tillerson bildirib ki, artıq iki müttəfiq ölkə ayrılıqda hərəkət etməyəcək: "Biz birlikdə Suriyadakı bütün problemləri dəyərləndirəcəyik. Birlikdə hərəkət edəcəyik. İŞİD-lə mübarizə aparacağıq. Ərazilərin təhlükəsizliyini təmin edəcəyik. Görüləcək çox iş var. Sürətlə başlamalıyıq. Bu istiqamətdə iş aparacaq ilk qrup martın ortasında toplanacaq. Lakin vacib bir hal olduqda biz gözləməyəcəyik, hərəkət edəcəyik".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az