ABŞ hərbçilərinin Suriyanı tərk edəcəyi vaxt açıqlandı

ABŞ hərbçilərinin Suriyanı tərk edəcəyi vaxt açıqlandı
Ağ Ev amerikalı hərbçilərin tez bir zamanda Suriyanı tərk edəcəyini bəyan edib.

Miq.az Trend-ə istinadən xəbər verir ki, ABŞ koalisiya qüvvələrinin Suriyada hərbi və iqtisadi öhdəlikləri öz üzərinə götürməsini gözləyir.
Ağ Evin mətbuat katibi Sara Sanders deyib ki, ABŞ Prezidenti Donald Tramp da hərbçilərin tezliklə qayıtmasını istəyir:
"Bununla belə, bölgədə terror qruplaşmalarının məhvi ən önəmli məsələ hesab edilir".
Xatırladaq ki, aprelin 14-də Böyük Britaniya, ABŞ və Fransa Suriyaya 100-dən artıq raket zərbəsi endirib. Raketlərin əksəriyyəti Suriya tərəfindən dəf edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az