ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxmasına ilk reaksiya – Tehrandan və Avropa İttifaqından

ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxmasına ilk reaksiya – Tehrandan və Avropa İttifaqından

ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxmasına ilk reaksiya – Tehrandan və Avropa İttifaqından

İran nüvə sazişinin bütün maddələrini tətbiq edib və anlaşmaya zidd addım atmayıb.

AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani ABŞ-ın İranla bağlanan nüvə sazişindən çıxmasına münasibət açıqlayarkən deyib.

Həsən Ruhani bildirib ki, İran nüvə sazişinə bundan sonra digər beş ölkə ilə davam edəcək. O, ABŞ-ın razılaşmadan geri çəkilməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Avropa İttifaqından verilən açıqlamada isə Aİ-nin beynəlxalq birlik olaraq nüvə sazişini qoruyacağı vurğulanıb.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk sosial şəbəkə vasitəsilə yaydığı açıqlamada ABŞ Prezidenti Trampın qərarının digər Aİ dövlətlərinin rəhbərləri ilə müzakirə ediləcəyini və birgə addım atılacağını bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az