“ABŞ-ın PKK-nın 3 terrorçusunun başına pul qoymasını alqışlayırıq” – Türkiyə XİN

“ABŞ-ın PKK-nın 3 terrorçusunun başına pul qoymasını alqışlayırıq” – Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin PKK terror qruplaşmasının rəhbərliyinə daxil olan 3 nəfərin başına pul qoymasına münasibət bildirib.


"Report”un məlumatına görə, XİN sözçüsü Hami Aksoy bildirib ki, rəsmi Ankara qərarı müsbət qiymətləndirir.

"ABŞ Dövlət Departametinin PKK terror qruplaşmasının 3 dəstəbaşının kimliklərini və yerlərini təsbit edəcək məlumatların verilməsi qarşılığında pul mükafatı ayırmasını alqışlayırıq. Bu addımın terrorçu PKK, onun İraq və Suriyadakı qollarına qarşı mübarizə ilə dəstəklənməsini də gözləyirik”, – H.Aksoy vurğulayıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti terrorçu PKK-nın dəstəbaşıları Murat Karayılanın başına 5 milyon dollar, Cemil Bayıkın başına 4 milyon dollar, Duran Kalkanın başına isə 3 milyon dollar mükafat təyin edib. Bu, departamentin "Ədalət üçün mükafat” ("Rewards for Justice”) proqramı çərçivəsində müəyyənləşdirilib.

Xatırladaq ki, Dövlət Departamenti "İmmiqrasiya və vətəndaşlıq haqqında” qanunun 219-cu bölməsinə əsasən, 1997-ci ildə PKK-nı Birləşmiş Ştatlar üçün təhlükəli olan terrorçu təşkilat kimi tanıyıb, 2001-ci ildə isə "Qlobal terror ünsürləri” siyahısına daxil edib.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az