ABŞ S-400-ə görə Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiq edə bilər

ABŞ S-400-ə görə Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiq edə bilər
ABŞ Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiya tətbiq edə bilər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.
Onun sözlərinə görə, buna səbəb Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi almasıdır.
Nazir deyib ki, sanksiyaların tətbiqi məsələsi araşdırma mərhələsindədir.
Qeyd edək ki, 2017-ci ildə ABŞ-da "Sanksiyalar yolu ilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” adlı federal qanun qəbul edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az