ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına XƏBƏRDARLIQ edib

ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına XƏBƏRDARLIQ edib
ABŞ səfirliyi öz vətəndaşlarını Ermənistanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, ABŞ-ın Yerevandakı səfirliyi bu barədə rəsmi xəbərdalıq yayıb.
"ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər. Sizin təhlükəsizliyiniz üçün etiraz aksiyaları keçirilən yerlədən kənar durmağı və hadisələrlə bağlı məlumatı KİV-dən izləməyi məsləhət görürük”, – xəbərdarlıqda bildirilib.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir.
Ölkə parlamenti aprelin 17-də S.Sarqsyanı baş nazir seçib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az