ABŞ “terrorizmlə mübarizə” adı altında yarım milyon insan öldürüb - Siyahı

ABŞ “terrorizmlə mübarizə” adı altında yarım milyon insan öldürüb - Siyahı
ABŞ-ın 11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinin partladılmasından sonra "terrorizmlə mübarizə" adı altında başlatdığı əməliyyatlarda 480-507 min arası insan öldürülüb.

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Braun Universitetinin nəzdindəki Uotson İntutunun araşdırmasında qeyd olunub.
Məlumata görə, ən çox ölüm hadisələri Əfqanıstan, İraq və Pakistanda qeydə alınıb. Amerikanın itkilərinin isə İraq və Əfqanıstanda 7 min əsgər olduğu bildirilir.
Silahsız vətəndaşların öldürülməsi ilə bağlı rəqəmlər aşağıdakı kimidir:
- İraqda 204 min 575 nəfər

- Əfqanıstanda 38 min 480 nəfər
- Pakistanda 23 min 372 nəfər
Araşdırmanı qələmə alan Nera Krauford ölü sayının daha çox ola biləcəyini də istisna etməyib. Müharibələr zamanı xəstəliklərdən ölənlər isə siyahıya daxil edilməyib.
ABŞ-ın bu əməliyyatlara ümumilikdə 6 trilyon dollar yaxın maliyyə sərft etdiyi də vurğulanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az