ABŞ TÜRKİYƏYƏ 2 HƏFTƏ VAXT VERDİ – “S-400″ sazişindən imtina etməsə…

ABŞ TÜRKİYƏYƏ 2 HƏFTƏ VAXT VERDİ – “S-400″ sazişindən imtina etməsə…
ABŞ hökuməti Türkiyəyə Rusiya "S-400″ zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.

"Report” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən CNBC telekanalı məlumat yayıb.
Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot” raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35″ proqramından çıxaracaq.
Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etmək ilə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya” səbəb ola bilər.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az