ABŞ Türkiyə əleyhinə hansı PLANLARINI İŞƏ SALACAQ?

ABŞ Türkiyə əleyhinə hansı PLANLARINI İŞƏ SALACAQ?

"Türkiyə düyməyə basıb, Suriya ərazisinə növbəti həri müdaxiləyə günlər, bəlkə də saatlar qalıb. Ankara qərarında haqlıdır, Vaşinqtonun 30 min kürdü sillahlandırıb sərhəddə yerləşdirməsi istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir. Ancaq iki suala cavab məni maraqlandırır. Birinci sual: Türkiyə ordusunun hücumu ötən dəfəki kimi uğurlu alınarsa buna Vaşinqtonun reaksiyası necə olacaq və ABŞ Türkiyə əleyhinə hansı açıq və gizli planlarını işə salacaq? İkinci sual: Türkiyə ordusunun Afrini nəzarət altına alması planını Rusiya necə qarşılayacaq?"

Bu barədə politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində açıqlama verib.

"Əlbəttə, hələ ki, Rusiya Türkiyənin tərəfdaşıdır və Ərdoğan Putinlə telefon danışığında Kreml sahibini Türkiyə ordusunun planları barədə xəbərdar edib və ikinci buna etiraz etməyib. Ancaq Rusiya ikili oynayır. Baxmayaraq ki, ABŞ-ın kürdlərə hərbi dəstəyi Moskvanın xoşuna gəlmir, Kreml kürdlərin bir hissəsini Bəşər Əsəd rejiminin tərəfdaşı kimi qiymətləndirir və silahlı kürdlərin tamamının neytrallaşdırılması Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək. Bir də ki, ənənəvi rus-kürd yaxınlığı var ki, Moskva bu kartdan illər boru Türkiyə əleyhinə istifadə edib. Buna baxmayaraq, məntiqlə Putin Ərdoğanla razılığı amerikanların müttəfiqinə çevrilən silahlı kürdlərə qurban verməməli, Türkiyə ordusunun Suriya ərazisinə hücumunu dəstəkləməsə də, gələcək toqquşmalara gözünü yummalı, uzaqbaşı Rusiya XİN baş verənlərə nəsə yumşaq etirazını bildirməlidir."-deyə politoloq bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az