ABŞ və Türkiyə razılığa gəldi - Suriyada 120 saatlıq atəşkəs olacaq

ABŞ və Türkiyə razılığa gəldi - Suriyada 120 saatlıq atəşkəs olacaq

"Fəxrlə qeyd etmək istəyirəm ki, ABŞ və Türkiyə Suriyada atəşkəslə bağlı qərar qəbul edib".
Miq.Az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

O, qeyd edib ki, YPG 5 gün müddətinə təhlükəsiz bölgədən geri çəkiləcək. Onun sözlərinə görə, Türkiyə prezidenti R.T.Ərdoğanla təhlükəsiz bölgə məsələsində razılaşma əldə edilib: "Barış bulağı" əməliyyatı dayandırılacaq,5 gün içindətəhlükəsiz bölgə elan ediləcək və YPG ərazidən çəkiləcək.Suriya sərhədlərində təhlükəsizlik təmin olunacaq".

Pens hərbi əməliyyatlar başa çatanda sanksiyaların da dayandırılacağını əlavə edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az