Abşeron icra başçısının maşını “protiv” getdi: Yol polisi görüb “çest” verdi (VİDEO)

Abşeron icra başçısının maşını “protiv” getdi: Yol polisi görüb “çest” verdi (VİDEO)

Abşeron Rayon İcra Hakimiyyəti başçısının xidməti avtomobili ilə törədilən qayda pozuntusu kameraya düşüb.  Görüntüləri oxuculardan biri avtosfer.az-ın redaksiyasının elektron ünvanına göndərib.
Aprelin 1-i Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 01-AA-001 qeydiyyat nişanlı "Lexus” markalı avtomobilin sürücüsü ayırıcı zolağın sol tərəfi ilə tam olaraq əks istiqamətdə hərəkət edib. Sürücü əks istiqamətdə hərəkət etdikdən sonra qarşıdakı svetoforun qırmızı işığından sağa dönərək yoluna davam edib. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları qayda pozan sürücüyə hərbi salam verib.
Qeyd edək ki, bu avtomobil icra başçısı İradə Gülməmmədovaya aiddir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az