Abşeronda QANLI OLAY: Ata oğlunun gözü qarşısında ölümcül bıçaqlandı

Abşeronda QANLI OLAY: Ata oğlunun gözü qarşısında ölümcül bıçaqlandı
Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Miq.az "Report”
a istinadən xəbər verir ki, 12 yaşlı oğlu ilə 26-cı məhəllədəki kafedən çıxan 1978-ci il təvəllüdlü Ağacanov Rauf Mamed oğlu yaşadığı evə gedərkən yolda Tərlan adlı tanışı ilə rastlaşıb.
Bu zaman qarşı tərəf R.Ağacanovun döş qəfəsinə, bədəninin müxtəlif nahiyələrinə və boğazına ümumilikdə 6 bıçaq zərbəsi vurub.
Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az