“ABUTALIBOVUN ANORMAL QƏRARLARI…” – BAXCP-dən Bakı Şəhər İcra Hakimiyyətinə sərt etiraz

“ABUTALIBOVUN ANORMAL QƏRARLARI…” – BAXCP-dən Bakı Şəhər İcra Hakimiyyətinə sərt etiraz

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) özünün növbəti qurultayını 07 aprel 2018-ci il tarixdə "Bakı Əyləncə Mərkəzi”ndə keçirmək barədə "Mərkəz”in rəhbərliyi ilə razılığa gəlib. Partiya öz ali tədbirini Bakı Şəhər İcra Hakimiyyəti müvafiq yer ayırmaqdan imtina etdikdən sonra özəl məkanda keçirmək məcburiyyətində qalıb. 


Partiyanın mətbuat xidmətinin açıqlamasında bildirilir ki, BAXCP-nin bundan əvvəlki qurultayı da həmin yerdə keçirilib: "Bu il keçiriləcək qurultay üçün də Bakı Şəhər İcra Hakimiyyətinə 23 fevral 2018-ci il tarixdə müvafiq məktubla müraciət edilib. Bakı Şəhər İcra Hakimiyyəti 15 mart 2018-ci il tarixdə cavab məktubu ilə bildirib ki, həmin bina Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığına görə BAXCP qurultayını Əmircan qəsəbəsində keçirə bilər. Hesab edirik ki, Bakı Şəhər İcra Hakimiyyətindən bizə verilən cavabın sağlam düşüncə ilə izahı mümkün olmadığı üçün, qərarın ağır psixonevroloji vəziyyətdə qəbul olunduğu ehtimalı özünü göstərir.

BAXCP hesab edir ki, ölkə rəhbərliyi Hacıbala Abutalıbovun bu cür özbaşınalığına son qoyacaq, onun qanunsuz və anormal qərarını ləğv etməklə ayrı-seçkiliyə imkan verməyəcəkdir. Belə ki, prezident seçkiləri elan olunduqdan sonra heç bir problem olmadan Yeni Azərbaycan və Sosial Rifah partiyaları Bakının mərkəzində öz qurultaylarını keçiriblər”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az