Abxaziyada güllələnən azərbaycanlı kriminal avtoritetin fotosu yayıldı

Abxaziyada güllələnən azərbaycanlı kriminal avtoritetin fotosu yayıldı
Ötən gün Abxaziyada güllələnən azərbaycanlı avtoritet Rəşad İsamyılovun fotosu yayılıb.

Oxu.az primecrime.ru-a istinadən xəbər verir ki, "Rəşad Gəncinski” ləqəbi ilə məşhurlaşan criminal avtoritet Abxaziyada xəstəxanada müalicə alır.

 Xatırladaq ki, tanınmamış Abxaziya Respublikasının Qudaute şəhərində azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Rəşad Gəncinski kimi tanınan Rəşad İsmayılov güllələnib.
  Rəşad və onunla birgə olan abxaz Nika Qaqrinski "Piza" ləqəbli avtoritet tərəfindən tapançayla vurulub. Hadisə şəhərdəki restoranlardan birində baş verib.
Məlumata görə, Rəşad Abxaziyaya "Lotu Quli" tərəfindən xüsusi missiya ilə göndərilibmiş.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az