Ağcabədidə 25 yaşlı şəxs dəm qazından zəhərlənərək öldü
Ağcabədi rayonunda ölüm hadisəsi baş verib.
Miq.Az-ın xəbərinə görə, hadisə aprelin 24-də qeydə alınəb.
Belə ki, 1995-ci il təvəllüdlü Cavid Əliyev kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Miq.Az