"Ağdam Nəqliyyat" MMC əhaliyə pulsuz xidmət göstərib- 20 yanvar faciəsinin il dönümü ilə bağlı


Miq.Az xəbər verir ki, "Ağdam Nəqliyyat" MMC 20 yanvar faciəsinin il dönümü ilə əlaqədar olaraq əhaliyə pulsuz xidmət göstərib.

MMC-nin rəhbəri Taryel Qədimov aksiyaya səhər saatlarından başladığını bildirərək saat 14:00 rədələrinə qədər davam edəcəyini vurğulayıb:

"Rəhbərlik etdiyim "Ağdam Nəqliyyat" MMC tabeliyində 40-a yaxın mikroavtobus fəaliyyət göstərir. Rayon daxili və ətraf rayonlara sərnişin daşımasını təmin edirik. Ümimilikdə 20 yanvar, Xocalı faciəsi və digər matəm və əlamətdar günlərdə tabeliyimdə olan bütün avtobuslar əhaliyə ödənişsiz xidmət göstərir.
 Artıq bu bizdə ənənə halı alıb. Onu da qeyd edim ki bundan sonra da nə qədər ki fəaliyyət göstəririk bütün illərdə bu cür aksiyaları davam etdirəcəyik. Mən də bu yolla Dövlətimizin və xalqımızın yanında olmağa çalışıram..." - Taryel Qədimov, "Ağdam Nəqliyyat" MMC - nin direktoru.

Səhər 07:00 radələrindən başlayaraq Quzanlı-Ağcabədi, Quzanlı-Tərtər, Quzanlı-Bərdə və ətraf kəndlərlə rayonun ictimai mərkəzini birləşdirən xətt üzrə fəaliyyətə başlayan mikroavtobuslar 5.000 -ə yaxın sərnişini mənzil başına çatdırıb.

Sürücü Elgiz Qurbanov Azərbaycan xalqının tarixinə qanla yazılmış qürur günündə keçirdikləri məxsusi aksiyada iştirak etdiyi üçün fəxr etdiyini deyir:
 
"Digər sürücü yoldaşlarla şəhər erdən işləməyə başlamışıq. Sərnişinləri xəbərdar etmək üçün xəbərdarlıq lövhəsi yaratmışıq. Hazırkı saatlara qədər təkcə Quzanlı-Bərdə marşurutu üzrə 200-dən artıq sərnişin daşımışam. Bundan başqa biz torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş soydaşlarımızın anım tədbirlərinin təşkilatçılığı üçün də ödənişsiz xidmətlər göstəririk..." - Elgiz Qurbanov, sürücü.

Xatırladaq ki sözügedən Məhtud Məsuliyyətli Cəmiyyət 2018-ci ildə təsis edilib. Cəmiyyətin fəaliyyəti nəticəsində Ağdam rayonunda sərnişin daşımalarında yaşanan problemlər öz həllini tapıb. Həmçinin xeyli sayda rayon sakini işlə təmin edilib.

Elgün Gəncimsoy



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az