Ağdamda qurulmuş karantin postları daha da gücləndirilib

Ağdamda qurulmuş karantin postları daha da gücləndirilib

Ağdamda yaşamın davam etməsi üçün küçələr, meydan və parklar sükuta qərq olub, rayonun giriş və çıxışlarında qurulmuş karantin postları daha da gücləndirilib. 

Miq.Az xəbər verir ki, 70 faizdən çox hissəsi qarı düşmən tapdağında olan rayonun qalan ərazisində 90 000-dən artıq insan yaşayır. Demək olar ki insan sıxlığı rayonun müvəqqəti ictimai mərkəzində daha açıq müşahidə olunurdu. Lakin operativ qərargahın karantin rejiminin gücləndirilməsi ilə bağlı çıxardığı qərardan sonra demək olar ki yuxarıda qeyd olunan insan axınından heç bir əsər-əlamət qalmayıb.
 
Küçələr insanlar tərəfindən demək olar ki sükutla baş-başa buraxılıb. Qanunla icazə verilən obyektlərdən qeyri bütün qapılar kilidlənib. 

Apardığımız fotoreportaj zamanı küçələrdə təbliğat işi ilə məşğul olan polislərdən, hərbi maşınlardan başqa heç nə nəzərə çarpmır. 

Gördüklərimizdən və lentə aldıqlarımızdan belə qənaətə gəlmək olar ki ağdamlılar karantin rejiminə ciddi əməl edərək yaşamın davamı üçün "hə" deyir. 

Reportajın sonunda hazırkı zamanın qəhrəmanları olan, həyatını təhlükəyə atıb əhalinin sağlamlığını qoruyan Azərbaycan polisinə, həkimlərinə və media mənsublarına uğurlar diləyirik.

Elgün Gəncimsoy


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az