Adı müxtəlif qalmaqallarda hallanan "İST Petrol" Seymur-Teymur qardaşlarının daha bir əməli ifşa olunur - TƏFƏRRÜAT

Adı müxtəlif qalmaqallarda hallanan

12 saylı Notariusun saxtakarlığı ilə "İST Petrol" Seymur-Teymur qardaşları sahibkarları müflis həddinə çatdırıblar.

Onların adından danışan, hərəkət edən, sahibkarları "tora” salan AYAZ NƏZƏROV isə bu "tamaşanın" əsas fiqurudur. Miq.Az xəbər verir ki, son 2 ildə ölkəmiz inkişafın yeni modelinə keçid edib. Dünya ilə ayaqlaşmağa hesablanmış bu modelin təməl daşını azad sahibkarlıq mühiti təşkil edir.

Dünən Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən iclasda da bu məsələ ilə bağlı aidiyyatı qurumlara ciddi tapşırıqlar verildi.

Məsələ burasındadır ki, xaricdə təhsil almış bir gənc uğurlu biznes layihə hazırlayır, dostlarına, yaxınlarına təqdim edir. Hər kəs bu layihəni dəstəkləyir və gənc sahibkar isə işə başlayır. Allaz Group MMC-ni təsis edən Vüqar İmamverdiyev Şabayev Teymur Razim ogluna məxsus qeyri-yaşayış sahəsini 20 min manata icarəyə götürür. Təsəvvür edin ki, 5 illik böyük bir ərazini icarəyə götürürsən, hər ay 20 min verirsən, bütövlükdə 150 min manatdan çox xərc qoyursan, 1 il sonra sənin möhürünü oğurlayıb, müqavilənə notariusda qanunsuz xitam edib səni küçəyə atırlar. Üstəlik Ayaz Nəzərov adlı şəxsin sualı isə təpədən-dırnağa qədər cinayət məsuliyyətidir: "EŞİTMİŞƏM AİLƏLİSƏN, BİR OĞLUN DA VAR, GET AİLƏNİN YANINA, AĞILLI OL…”

Artıq hər şeyi itirdiyini 100 mindən çox borcunun olduğunu deyən Vüqar İmamverdiyev yeganə ümid yerinin Prezident İlham Əliyev olduğunu dedi. V.İmamverdiyev belə bir mütəşəkkil cinayətkar dəstənin ölkədəki sahibkarlıq mühitinə böyük zərbə vurduğunu, özündən başqa bir neçə şəxsi "tora” saldığını deyib.

"Yazaraq sizə bildirirəm ki, 2018-ci 19 fevral tarxində, Şabayev Teymur Razim ogluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 19A ünvaninda yerləşən qeyri yaşayış səhəsini ilə bağlı direktoru olduğum Allaz Group MMC və Şabayev Teymur Razim oğlunun verdiyi etibarnamə əsasında Nəzərov Ayaz Məhəmmədəli oğlu arasında müqavilə bağlanmışdır.

Mülkə girdiymiz gündən Nəzərov Ayaza her ay 20000 (iyirmi min manat) manat məbləğində icarə haqqı odəmişəm. Bundan başqa sözu gedən mülkdə ofislərin tikilməsi (50-dən chox ofis tam təmirli) tikilməsi və bu mülkdə biznes qurulması üçün 155000 (bir yüz əlli beş min) manatdan cox maddi vəsait cəlb etmişdir.

Bundan sonra Nəzərov Ayaz biznesin qurulduğunu görüb mənim əziyətlə qurduğun biznesi əlimdən almaq üçün bir neçə şəxslə əlbir olaraq qanunsuz, ləyaqətsiz, quldurluq və zorba yolları ilə mənim haqqım olanı əlimdən aldı.

Nəzərov Ayaz dəfələrlə məni hədələyib, onun dediklərini etmədiyim təqdirdə məni yer üzündən itirəcəyini deyib. Bundan başqa məni ailəmlə hədələyərək, özlərinin yəni Şabayev Teymur və Şabayev Seymur qardaşlarının Bakidakı nüfuzları barədə məlumatlar vermişdir.

Son olaraq yenə hədələyərək məni öz avtomobilində, öz qanunsuz əməllərində əməkdaşlıq etdiyi 12 saylı dövlət notariat ofisindəmöhürsüz müqaviləyə xitam verdirmişdir. Möhürün olmamasının səbəbi məni özlərinə aid mülklərinə girişimə icazə vermədiyi vaxtda mənim ofisimdən mənə aid bir neçe sənəd və müqavilələrlə birlikdə götürülməsidir. Müqavilənin digər nüsxələrində möhür oldugunu bildirsələr də məndə olan nüsxədə möhür yoxdur.

Tək xahişim odur ki, bütün bu qanunsuz əməllərinə görə Nəzərov Ayaz cinayət məsuliyyətinə cəlb olunsun,12 saylı notariat ofisindəolan qanunsuz saxtakar əməlləri ilə bağlı qanun qarşısında cavab versin, mənə qarşı olan təhdidlərə son qoyulsun və mənə dəymiş zərəri ödənilsinlər. Eşitdiyimə görə Teymur və Seymur qardaşları insaflı, ədalətli adamlardırlar. Ola bilər ki, Ayaz Nəzərov öz şeflərinə "haqq-hesab” zamanı mənlə heç bir problemin olmadığını, qoyduğum sərmayənin qaytarıldığını deyib. Bu müraciətim bütün həqiqətlərin üzə çıxmasını təmin edəcək. Bird aha deyirəm, necə ola bilər ki, böyük bir plazanı 5 illik kirayə götürəcəsən, 150 mindən çox xərc qoyasan, 1 ildən sonra isə səni heç bir kompensasiya, heç bir məbləğ ödənilmədən çıxarsınlar. Bu barədə mən Cənab Prezidentə, 1-ci Vitsə-Prezidentə ətraflı yazacam. Ölkədə gənc iş adamlarının bu formada məhv olması barədə məlumat verəcəm.”

İCMAL.az xəbər verir ki, məsələ ilə bağlı Vüqar İmamverdiyev Bakı Şəhər Prokurorluğuna və Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş Mübarizə İdarəsinə müraciət edib. Lakin o hesab edir ki, böyükdayağa və kapitala malik olan "İST Petrol" Seymur-Teymur qardaşlarının qanunsuz əməllərinə yalnız ölkə başçısı son qoya bilər: "Mən çox ümidsiz və çıxılmaz vəziyyətdəyəm. Bakı Şəhər Prokurorluğuna və Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş Mübarizə İdarəsinə də müraciət etdim, Ayaz Nəzərov ora çağrıldı, ancaq bu günə qədər heç bir nəticə yoxdur. Rəsmi müraciət edəcəm, ancaq buradan da bir daha Cənab Prezident, liderimiz İlham Əliyevdən imdad diləyirəm. Eyni zamanda, 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevadan kömək istəyirəm. Mənə artıq heç nə lazım deyil, sadəcə borc-xərc tapıb bu adamların mülkinə qoyduğum sərmayəni qaytarsınlar.”

Saytımızda gedən yazılardan sonra redaksiyamıza Ayaz Nəzərovun tanınmış bir psixoloqla eşq yaşaması barədə məlumat daxil olub. Dəqiqləşmə aparılandan sonra yazını saytımızda dərc edəcəyik.

Mövzunu davam etdirəcəyik.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az