Akademik Vasim Məmmədəliyev vəfat edib

Akademik Vasim Məmmədəliyev vəfat edib

Əməkdar elm xadimi, akademik, "Şöhrət" və "Şərəf" ordenli Vasim Məmmədəliyev vəfat edib.

Miq.Az  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb və mərhumun yaxın qohumları da xəbəri təsdiqləyiblər.

Mərhumun qızı Sunay Məmmədəliyeva bildirib ki, vida mərasiminin vaxtı və məkanı hələ dəqiqləşməyib.

"Bu haqda məlumat sabah ictimaiyyətə açıqlanacaq", - o bildirib.

Qeyd edək ki, 1942-ci ildə Bakıda həkim ailəsində anadan olan Vasim Məmmədəliyev 1964-cü ildə BDU- nun Şərqşünaslıq fakültəsini bitirib.

1978 ci ildə professor elmi dərəcəsinə yiyələnən Vasim Məmmədəliyev 1992-ci ildə respublikanın əməkdar elm xadimi fəxri adina layiq gorülüb. 2002-ci ildə şöhrət ordeni ilə təltif edilən elm adamı, 2007-ci ildə milli elmlər akademiyasinin akademiki seçilib.

20 kitabın, 600-dən çox elmi məqalənin müəllifidir. əsərləri dünyanin 15-dən artıq ölkəsində nəşr edilib. Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə "Qurani Kərim”i ilk dəfə azərbaycan dilinə tərcümə edib.

Akademik "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları", "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Ərəb dilçiliyi" adlı əsərləri ilə ərəb dilçiliyinin kamil tədqiqatçısı kimi şöhrət qazanıb.


Allah rəhmət eləsin.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az