Akopcanyan: Əliyev bu görüşdə Paşinyanı “sındıracaq”

Akopcanyan: Əliyev bu görüşdə Paşinyanı “sındıracaq”

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü yenidən erməni xalqı üçün biabırçılıqla nəticələnəcək. Azərbaycan lideri Nikolu bu dəfə də "sındıracaq”.

Miq.Az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan bölüşüb.

Onun sözlərinə görə, Nikol Paşinyanın İlham Əliyevlə hər görüşündə Azərbaycan lideri elə faklar gətiriri ki, "varçapet” pat vəziyyətinə düşür, və sərsəmləyərək biabır olur.

"Hər dəfə bunu görən erməni xalqı utanc içində olur. İndi isə vəziyyət əvvəlkindən daha təhlükəlidir. Çünki bu dəfə söhbət konkret olaraq Ermənistanın gələcəyindən gedəcək. Ümumiyyətlə, bu görüşün yaxın vaxtlarda keçiriləcəyi dünən bəlli oldu. Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bazar günü bildirdi ki, hazırda görüş barədə heç nə deyə bilmərəm. Erməni mətbuatı dərhal bu "hazırda” sözünü əsas götürərək, görüşün yaxın vaxtlarda anons olunacağını yazdılar. Bu onu göstərir ki, tərəflər görüşə hazırlaşırlar və yaxın vaxtlarda biz detalları öyrənəcəyik”, - deyə erməni ekspert qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az