Alimdən ÇAĞIRIŞ: "Dövlət siyasətimiz müdafiə olunmalıdır"

Alimdən ÇAĞIRIŞ:

Azərbaycanla Türkiyənin hərbi təlimi: Mesaj verildi

"Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizin gələcək taleyilə bağlı narahatlıqlar başadüşüləndir... Amma etiraf etməliyik ki, tam qələbə üçün Azərbaycan dövləti əlindən gələni etməkdədir." 

Miq.Az xəbər verir ki, bu sözləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov səsləndirib.

Alimin fikrincə Laçında Türkiyə - Azərbaycan əsgərlərinin təlimlərə başlaması da Azərbaycanın bu məsələdə güzəşt haqqında düşünmək belə istəmədiyini konkret olaraq ortaya qoyur:

"Uzun sürən danışıqların nəticəsiz qalması da buna əyani sübutdur. Digər tərəfdən, bir müddət öncə Xocavənd ətrafında rus- erməni hərbçilərinin təlimlər keçirməsinə adekvat olaraq Laçında Türkiyə - Azərbaycan əsgərlərinin təlimlərə başlaması da Azərbaycanın bu məsələdə güzəşt haqqında düşünmək belə istəmədiyini konkret olaraq ortaya qoyur. Vəziyyətin nə qədər dramatik perspektiv vəd etməsinə rəğmən, Azərbaycan həm diplomatik, həm də hərbi sferada faydalısını özü üçün mümkün etdirmək istiqamətində qətiyyət nümayiş etdirir."

 Rusiyanın Suriya hərbçilərilə  təlimlərə başlamasına münasibət bildirən alim bunun səbəbini belə izah edir: 

"İlk dəfədir ki, Rusiya Suriya hərbçilərilə də təlimlərə başlayıb. (İranı da Suriyanın yanında görməmək korluq olardı) Bunu da Türkiyə amili üçün düşünülmüş demarş hesab etmək mümkündür.  Əlbəttə, Türkiyə-Azərbaycan-Pakistan birliyi də hərbi təlimlər planlaşdırır ki, bu da məsələnin ciddi olmasından xəbər verməyə bilməz... Belə bir sitüasiyada Azərbaycanda hər bir kəs tərəfindən dövlət siyasətimiz müdafiə olunmalıdır. "Xankəndiyə niyə gedə bilmirik?", "Xocalıya nə vaxt gedəcəyik?" kimi suallarla rus-erməni dəyirmanına su tökmək lazım deyil! Tənqid etmək asandır, əsas odur ki, problemi həll etməyə cəsarət ortaya qoyula! Şükür Allaha ki, bu istiqamətdə Azərbaycan üçün məqbul olan optimal variantlar üzrə mübarizə davam edir. Ermənilər narahat olsun ki, darmadağın olan orduları və xeyli sayda itkilər verdikləri halda yenidən müharibəyə sürüklənirlər...

Elmin Alışov



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az