Allahşükür Paşazadə: "Qüds müsəlmanların - Fələstinin paytaxtıdır"

Allahşükür Paşazadə:

"Biz Qafqaz müsəlmanları bəyan edirik ki, Qüds müsəlmanların - Fələstinin paytaxtıdır”.

Bu bəyanatla Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib.

O qeyd edib ki, başqa bir dövlətin Qüdsə müdaxiləsi ciddi fəlakətə yol açacaq: "Artıq bu baş verir. 59 müsəlman həlak olub, 2 minə yaxını yaralanıb. 1990-cı ilin yanvarında biz bu təcavüzü yaşamışıq. İndi bu, orda təkrar olunur. Ermənilərin bizə təcavüzü də bunun eynisidir”.

Şeyxülislam bildirib ki, Qüds müsəlmanların doğma və müqəddəs torpağıdır: "Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır. Bəzi dövlətlər bu birliyin olmamasından məharətlə istifadə edir”. (apa)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az