Almaniyada koronavirusla bağlı son durum: 19 nəfər...

Almaniyada koronavirusla bağlı son durum: 19 nəfər...
Almaniyada koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 19 nəfərə çatıb.

Miq.Az "NTV” kanalına istinadən verir ki, bu haqda məlumatı Almaniya Federativ Respublikasının Səhiyyə naziri Karl Cozef Lauman verib.

Nazirin sözlərinə görə, son iki yoluxma Şimali Reyn-Vestfaliyada qeydə alınıb:

"Sözügedən ərazidə bir ailənin iki üzvünün koronavirusa yoluxması müşahidə olunub. Kişinin vəziyyəti nisbətən ağır olsa da, xanımın vəziyyəti qənaətbəxşdir. Lakin xanımın uşaq bağçasında çalışdığını nəzərə alsaq, hakimiyyət orqanları "virusun yayılmasına zəncirvari reaksiyanın qarşısını almaq üçün” çalışırlar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az