Aprel döyüşlərində məhv edilən erməni hərbçilərin qəbirləri dağıdılıb

Aprel döyüşlərində məhv edilən erməni hərbçilərin qəbirləri dağıdılıb
Ermənistanda Yerablur qəbiristanlığında 2016-cı ilin aprelində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki döyüşlərdə zərərsizləşdirilən hərbçilərin qəbirlərinə naməlum maye tökülüb.

"Report” xəbər verir ki, məlumatı "Novosti Armeniya” yayıb.
Daşnaksütyun Partiyasının üzvü Artur Yeqiazaryan "Facebook” səhifəsində bunu Ermənistan silahlı qüvvələrinin ölən hərbçisinin qəbirinin "təhqir edilməsi” kimi dəyərləndirib. O, bunu "daxilən türk olanların” törətdiyi vurğulayıb.
Bildirilib ki, bu qəbiristanlıqda aprel döyüşüçləri ilə bağlı ilk hadisə deyil. Bir müddət əvvəl orada Qarabağda zərərsizləşdirilən hərbçilərin qohumları da daxil olmaqla bir neçə şəxsin avtomobilinə zərər vurulub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az