“Aprel müharibəsi” ilə bağlı BİABIRÇI FAKT AŞKARLANDI

“Aprel müharibəsi” ilə bağlı BİABIRÇI FAKT AŞKARLANDI

Ermənistan ordusunun "aprel müharibəsi”ndə iştirak etmiş əsgərləri hərbi biletə möhür vurdurmaq üçün pul ödəyir.

Publika.az xəbər verir ki, "aprel müharibəsi”ndən 1,5 il keçməsinə baxmayaraq, həmin vaxt hərbi xidmətdə olan əsgərlərin hərbi biletlərinə müharibədə iştirak etdiklərinə dair möhür vurulmayıb.

Ermənistan mediası bəzi əsgərlərin müharibədə iştirakla bağlı möhrünü hərbi biletlərinə yazdırmaq üçün məhkəməyə müraciət etdiyi haqda məlumat yayıb. Digərləri isə problemi hərbi komissarlıqda həll etməyə çalışır.

"Aprel müharibəsi”ndə iştirak etmiş erməni əsgərlərdən biri adının açıqlanmaması şərtilə bildirib ki, hərbi komissarlıq hərbi biletə müharibədə iştirak haqda möhürü yalnız ödəniş qarşılığında vurur.

"Təkcə həmin vaxt topçu olanların hərbi biletlərinə müharibədə iştirak haqda möhür vurulur, yerdə qalanlar isə möhür üçün 300-600 dollar pul ödəməlidir”, - deyə o bildirib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az