Araik Azərbaycan torpağından Paşinyanın mitinqinə 1000 erməni yolladı?..

Araik  Azərbaycan torpağından Paşinyanın mitinqinə 1000 erməni yolladı?..

Azərbaycanın 44 günlük müzəffər savaşımızdan sonra birbaşa nəzarət edə bilmədiyi tarixi-hüquqi ərazilərindəki 33 illik qondarma separatçı rejim tör-töküntülərinin rəhbəri  Araik Arutyunyan Qarabağdakı erməniləri Nikol Paşinyanın bu gün İrəvanda keçiriləcək mitinqinə cəlb etmək üçün adambaşı 20.000 dram(təxm. 65 AZN) və nəqliyyat ayırır.
 
Moderator.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.
 
Hazırda əsasən Ağdərədə təşkil olunan  prosesin  Araikin yaxın adamı Aleksey Balayan tərəfindən koordinasiya olunduğu bildirilir. Mitinq üçün hələlik 1000 nəfər toplamaq tapşırılıb.
Lakin həm Arutyunyanın mətbuat katibi, həm də A.Balayan bu informasiyanı təkzib edib.
Xatırladaq ki, Paşinyan Ermənistan vətəndaşlarını 2008-ci il mart hadisələrinin növbəti ildönümü münasibətilə bazar ertəsi, yəni bu gün saat 18:30-da keçirilən mitinqdə iştiraka çağırıb.
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az