Arda Turan Türkiyə millisindən qovuldu

Arda Turan Türkiyə millisindən qovuldu
Futbolçu idman yazarı Bilal Meşeni ağır formada təhqir edib

Türkiyə millisinin baş məşqçisi Fatih Terim komandanın futbolçusu Arda Turanı millinin düşərgəsindən kənarlaşdırıb.

İstiPress-in məlumatına görə, buna onun dünən təyyarədə "Milliyyət" qəzetinin idman yazarı Bilal Meşeni ağır formada təhqir etməsi səbəb olub. Baş verənlərdən sonra Türkiyə Futbol Federasiyası prezident Yıldırım Demirörən, federasiya rəsmisi Əli Dürüst və Fatih Terimin iştirakı ilə iclas keçirib.

İclasdan sonra F.Terim Arda ilə görüşüb. Görüşdən sonra F.Terim A.Turanı millinin düşərgəsindən göndərmək qərarı verildiyini deyib.

A.Turan da həm komadaya, həm də federasiyaya daha çox zərər verməmək üçün düşərgəni tərk edib.

Qeyd edək ki, Arda Turan jurnalisti təhqir etməsi Türkiyə mediasında etiraz doğurub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az