Artıq əl yumaq, məsafə saxlamaq faydalı olmayacaq - Koronavirusda qorxudan yenilik

Artıq əl yumaq, məsafə saxlamaq faydalı olmayacaq - Koronavirusda qorxudan yenilik

Gün keçdikçə Çinin Uhan şəhərində meydana çıxan, yüzminlərlə insanın ölümünə səbəb olan koronavirusla bağlı qorxulu yeniliklər artır.

Artıq dünyada koronavirusa yoluxanların sayı 12 milyonu, ölənlərinki isə 552 mini keçib. Virusdan ən çox ziyan çəkən ölkə ABŞ, Braziliya və Hindistan hesab edilir. Onlarla ölkə virusun yayılmasının qarşısını almaq üçün peyvənd üzərində iş aparır.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatları dünya əhalisini daha çox qorxuya salıb. Hazırda koronavirus əsas təmas yolu ilə yoluxan bir virus kimi qəbul edilir və tədbirlər də buna uyğun olaraq görülür.
ÜST virusun havada asılı qalan damcı yolu ilə yayılma ehtimalının da diqqətdən kənarda qala bilməyəcəyini deyib. Bu məsələ ilə bağlı aylardır davam edən araşdırmalarda buna dair sübutlar da əldə edilib. Son zamanlarda hava yolu ilə yoluxma araşdırmaları daha da sürətləndirilib.
Hava yolu ilə yoluxan xəstəliklərin əsas cəhəti virusların daha uzun müddət havada asılı qala bilmələri və daha geniş əraziyə yayılmalarıdır. Laboratoriya şəraitində aparılan yoxlamalar koronavirusun ən azı 3 saat müddətində havada canlı halda asılı qala bildiyini ortaya çıxarıb.

Ancaq hələlik elm adamları laboratoriya ilə reallıq şərtlərinin fərqli ola biləcəyini də deyirlər. Lakin son zamanlar baş verən yoluxma sayının artımı bu ehtimalı gücləndirir.

Bu araşdırmaya görə, virusla mübarizə siyasəti dəyişməsə görülən əl yuma, fiziki məsafəni qoruma kimi tədbirlərəin sırasına yenilərini də əlavə etmək lazım gələcək.

Bu həftə 32 ölkədən olan 239 elm adamı məktub hazırlayaraq ÜST-dən koronavirusun qarşısının alınması ilə bağlı tədbirlərin siyahısını yeniləməsini istəyiblər. Bunların arasında ictimai binaların daha ciddi formada havalandırılması, hava filtr sistemlərinə antiseptik ultrabənövşəüyi şüaların əlavə edilməsi də var.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az