"Artsaxı" itirdiyimiz üçünmü bayram edirik?" - Köçəryan


Sabiq prezident Robert Köçəryan Ermənistanın müstəqilliyinin 30-cu ildönümündə  qeyd  edilən şənliyin  mənasız  olduğunu  dilə  gətirib.  

Miq.Az xəbər verir ki,  o,  bu barədə jurnalistlərə  açıqlamasında deyib. Köçəryan Ermənistanın Qarabağ  müharibəsindəki məğlubiyyətindən sonra  bu  bayramın qeyd edilməsini növbəti  biabırçılıq  adlandırıb. 

"Bu gün müstəqilliyimizin otuzuncu ildönümünüdür. Amma bu əlamətdar gündə hiss etməli olduğumuz heç bir sevinc yoxdur. Ağır məğlubiyyətdən, ərazi itkilərindən, suverenliyimizin və minlərlə taleyin məhv edilməsindən sonra bu bayramı ilk dəfə qeyd edirik. Suverenliyimizi, vətəndaşlarımızı müdafiə edə bilmirik, amma müstəqilliyimizi təntənə  ilə  keçiririk.  Biz  30 illik  dövrümüzdə ölkəyə güc və geosiyasi dəyər verən, qürur duyduğumuz "Artsaxı" itirdik. Buna görə bayram edirik?  Dövlətlər milli birliyə əsaslanaraq milli rifah sayəsində qurulur. Məğlubiyyəti simvolizə edən orqanlar ilham və yaradılış mənbəyi ola bilməz". 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az